Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə! – Əhaliyə MÜJDƏ

Bakı–Tbilisi qatarının açılması Türkiyəyə gediş-gəlişi də ucuzlaşdıra bilər. Bildirilir ki, sərnişinlər Tbilisiyə gedərək oradan qonşu ölkəyə keçə biləcəklər. Bu baxımdan, dolayı yolla Türkiyəyə quru yolunun açıldığını demək mümkündür. İndiki mərhələdə bir azərbaycanlının Türkiyəyə quru yolu ilə səfərinin təxmini nə qədər başa gələcəyi və bu vəziyyətin turizmə necə təsir göstərəcəyi sual doğurur.
Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Bakı–Tbilisi qatarının istifadəyə verilməsi Türkiyəyə səfərləri müəyyən qədər ucuzlaşdıra bilər:
“İstənilən halda dəmir yolu nəqliyyatının qiyməti hava yolu biletindən daha aşağı olur. Gürcüstana səfər edənlərin sayı da arta bilər. 2019-cu ildə təxminən 1 milyon 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Onların hamısı turizm məqsədli səfər etmirdi, bir qismi tranzit kimi Gürcüstan üzərindən digər ölkələrə gedirdi. Hazırkı vəziyyətdə də Tbilisidən Azərbaycana və əks istiqamətdə tranzit səfərlərin artacağı gözlənilir. Türkiyə vətəndaşları Gürcüstan üzərindən Azərbaycana, eləcə də Azərbaycan vətəndaşları bu marşrutla Türkiyəyə səfər edə bilərlər. Bu isə daha sərfəli imkanlar yaradır”.
Ekspert qeyd edib ki, hazırda Gürcüstana gediş-gəliş təyyarə biletlərinin qiyməti təxminən 500–600 manat civarındadır:
“Türkiyə istiqamətində isə qiymətlər bir qədər yüksəkdir. Qatar xəttinin istifadəyə verilməsi bu xərcləri müəyyən qədər, hətta yarıyadək azalda bilər. Bu, turizmin aktivliyinə də təsir göstərəcək. Gözlənilir ki, daha çox Azərbaycan vətəndaşı Gürcüstana və oradan digər ölkələrə səfər edəcək. Eyni zamanda, bu proses əks istiqamətdə turist axınına da təsir göstərə bilər. Əsas amillərdən biri yerlərin kifayət qədər olması, biletlərin əlçatanlığı və rahatlığıdır. Bütün bunlar ümumi hərəkət intensivliyinə təsir edəcək”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












