Bakıda sürücü qəsdən piyadanı və azyaşlını islatdı - 90-FQ-555 - VİDEO

Bakıda yağan güclü yağışlardan sonra şəhərin bir sıra küçə və prospektlərində yollarda su yığılması müşahidə olunur. Bu cür şəraitdə hərəkət edən sürücülərin daha diqqətli və aşağı sürətlə idarəetmə həyata keçirməsi, həm piyadaların, həm də ətrafdakı şəxslərin təhlükəsizliyi baxımından vacib sayılır.
Lakin qeydə alınan hadisələrdən birində bəzi sürücülərin bu qaydaya əməl etmədiyi görünür. Belə ki, 90-FQ-555 dövlət qeydiyyat nişanlı “Rox” markalı avtomobilin sürücüsü səkidə hərəkət edən piyada və onun yanında olan azyaşlıya məhəl qoymadan yüksək sürətlə hərəkət edib. Nəticədə yolda yığılan su piyadaların üzərinə sıçrayıb və onların ayaqlarının islanmasına səbəb olub. Hadisə zamanı piyada uşağı sudan qorumaq üçün onu yuxarı qaldırmağa məcbur qalıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, suyun piyadalara, nəqliyyat vasitələrinə və ya binalara qəsdən sıçradılması 40 manat məbləğində cərimə ilə nəticələnə bilər.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












