Türkiyədə bina ÇÖKDÜ - Dağıntılar altında QALANLAR VAR

İstanbulun Maltəpə rayonunda çökən binanın yeddimərtəbəli olduğu bəlli olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Məlumata görə, tikilinin aşağıdan ilk 3 mərtəbəsi uçsa da, yuxarı mərtəbələrdə qalan sakinlər axtarış-xilasetmə qruplarının köməkliyi ilə təxliyə ediliblər.
Binanın zəmin mərtəbəsinin emalatxana kimi fəaliyyət göstərdiyi müəyyənləşib. Uçqun anında emalatxanada heç kimin olmadığı məlum olub. Dağıntılar altından 14 yaşlı bir nəfərin sağ olaraq xilas edildiyi və onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.
Digər tərəfdən, binanın tamamilə çökmə ehtimalına qarşı ətrafda müvafiq təhlükəsizlik tədbirləri görülüb.
İstanbul Valiliyi də Maltəpədə qeydə alınan bina çöküntüsü ilə əlaqədar rəsmi məlumat yayıb.
"Səhər saatlarında Maltəpə rayonunda yeddimərtəbəli tikilinin üç mərtəbəsi uçub. Dərhal əraziyə AFAD əməkdaşları, yanğınsöndürənlər, eləcə də təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər", - deyə açıqlamada bildirilib.
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Bakıda yüksəkrütbəli şəxs güllələnərək ÖLDÜRÜLDÜ
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu












