Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin vəzifəli şəxsi və onunla əlbir olduğu bildirilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş İlham Məmmədlinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaq zamanı İlham Məmmədlinin xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsdə mühəndis işləyən Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyənləşdirilib.
Belə ki, İlham Məmmədlinin Mirhəmdulla Əmirovun iş yerindən yayınması məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsi barədə saxta arayışlar tərtib etdiyi və həmin sənədləri 2025-2026-cı illərdə ona təqdim etdiyi bildirilir. Nəticədə Mirhəmdulla Əmirovun əsassız şəkildə əməkhaqqı almasına şərait yaradıldığı qeyd olunur.
Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Mirhəmdulla Əmirova isə Cinayət Məcəlləsinin 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham verilib.
Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İttiham aktı təsdiq edildikdən sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












