“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ

Sürücülərin 80 faizi “50 qəpik” özünəxidmət avtoyumadan istifadə edir.
Avtosfer.az bildirir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşaraq başlayır, sonra su ilə yaxalayırlar. Bəziləri üstündən mum da vurur ki, maşının səthi toz, su saxlamasın, rəngi parıldasın.
Amma belə məlum olub ki, bunlar düzgün ardıcıllıq deyilmiş. Əgər avtomobil sadəcə yolda toplanan tozdan çirklənibsə, problem deyil. Lakin çox palçıqlıdırsa, birbaşa köpük vurmaq olmaz, əvvəlcə islatmaq lazımdır.
Yumağa isə yuxarıdan başlayıb aşağıya doğru irəliləmək, su və köpüyün səthə bərabər paylanmasını təmin etməkdir. Daha bir vacib məqam: əgər avtomobil günəş altında saxlanılıbsa, kuzov köpük vurmaq üçün həddindən artıq isti ola bilər, xüsusilə tünd rəngli avtomobillər çox tez qızır.
İsti səthdə təmizləyici vasitə çirki effektiv şəkildə təmizləməyə macal tapmadan demək olar ki, dərhal quruyur və qalan qalıqlar plastik detallara zərər verə bilər. Buna görə də, isti havada yumağa sərin su ilə başlayaraq kuzovun soyumasını təmin etmək daha yaxşıdır./bizimmedia
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri












