ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur

ABŞ hökuməti Çinə təyyarə detallarının ixracı ilə bağlı lisenziyaların verilməsini ləngidir.
Avtosfer.az xəbər verir ki, bu da “Boeing 737” və “Airbus A320”yə rəqib kimi görünən COMAC C919-un istehsal planlarına mane olur.
Avropa mediasının məlumatına görə, lisenziyaların ləngidilməsi ABŞ ilə Çin arasındakı ticarət danışıqları ilə əlaqədardır. Digər tərəfdən, Vaşinqton çinli stehsalçıların böyük həcmdə detal ehtiyatı toplamasında da maraqlı deyil.
C919 Çində layihələndirilsə də, əsas detallar – mühərrik, istismar mayeləri və boyalar xaricdən alınır. Məsələn, mühərrik ABŞ-Fransa birgə istehsalıdır. Yerli mühərrikə keçid və sertifikatlaşdırma üçün azı 10 il lazımdır. Avtomobil mühərrikindən fərqli olaraq aviasiya mühərrikini kiməsə baxıb düzəltmək, və ya surətini çıxarmaq mümkün deyil.
Detalların idxalında ləngimə istehsal planını ciddi şəkildə ləngidir. Hazırda mindən çox sifariş olsa da, ötən il cəmi 15, bu il isə 3 təyyarə hazırlanıb təhvil verilib.
Vüqar
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək












