ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi

İranla gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ ordusunun Yaxın Şərq regionuna, xüsusən də İsrailə intensiv hərbi daşımalara başladığı bildirilir. Donald Tramp administrasiyası İrana qarşı müxtəlif hərbi əməliyyat ssenarilərini masaya yatırarkən, bölgədəki strateji bazalara böyük həcmdə silah və texnika göndərilir.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində ABŞ-yə məxsus azı 10 hərbi nəqliyyat təyyarəsi İsrailin cənubunda yerləşən Ovda və Nevatim hava bazalarına eniş edib. Texasdakı “Fort Bliss” hava hücumundan müdafiə mərkəzindən havaya qalxan təyyarələrin İsraildəki hərbi ehtiyatları tamamlamaq və “Patriot” kimi əlavə hava hücumundan müdafiə sistemlərini çatdırmaq məqsədi daşıdığı bildirilir. Analoji intensiv daşımaların İordaniya, Səudiyyə Ərəbistanı və Qətərdəki ABŞ bazalarına da həyata keçirildiyi vurğulanır.
Qeyd edək ki, “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Ağ Evdə keçirilən xüsusi görüşdə Prezident Donald Trampa İrana qarşı mümkün hücum ssenariləri barədə şəxsən məlumat verib. Müdafiə naziri Pit Heqset və Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin də qatıldığı bu brifinqin keçirilməsi hərbi mütəxəssislər tərəfindən Vaşinqtonun böyük hərbi əməliyyatlara ciddi şəkildə hazırlaşması kimi qiymətləndirilir.
Bundan başqa, İranın “Mehr” agentliyi Hörmüzqan əyalətindəki Qeşm adası səmasında “düşmən” döyüş təyyarəsinin aşkar edildiyini bildirib. Qeyd edilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələri obyektə dərhal müdaxilə edərək təyyarəni İran hava məkanını tərk etməyə məcbur edib.
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












