Açılışda iştirak edən Prezidentlərlə bağlı maraqlı FAKT - Bəs Putin? - FOTOLAR

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdəki “Bişkek Arena” stadionunda VI Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.
Mərasimdə Qırğızıstan Prezidenti Sadır Japarov başda olmaqla, xarici ölkələrin liderləri və yüksək vəzifəli dövlət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
“Bişkek Arena”da baş tutan mərasimi 30 mindən çox tamaşaçı canlı olaraq izləyib.
Avtosfer.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bəzi dövlət başçıları açılış mərasiminə həyat yoldaşları, bəziləri övladları ilə birlikdə qatılıblar. Açılış törəninə ailə üzvlərinin müyaşiəti olmadan - təkcə gələn liderlər də var.
Qırğızıstan Prezidenti Sadır Japarov mərasimdə həyat yoldaşı, birinci xanım Aygül Japarova ilə birlikdə iştirak edib. Onlar ev sahibləıri olaraq yüksək vəzifəli qonaqları qarşılayıb, “xoş gəldin!” ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevi Bişkek səfərində xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva müşayiət edir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Bişkekə kiçik oğlu Nikolay ilə birlikdə gedib. Nikolay daha öncələr də atasını bir çox xarici səfərlərdə müşayiət edib.

İran Prezidenti Məsud Pezeşkianı isə VI Dünya Köçəri Oyunlarının açılış törənində qızı Zəhra Pezeşkian müşayiət edib. Qeyd edək ki, Məsud Pezeşkian bəzi vacib xarici səfərlərə adətən qızı Zəhra Pezeşkianla gedir. Doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişdiyindən birinci xanımların da iştirak etdiyi mərasimlərdə İranı Prezidentin qızı Zəhra Pezeşkian təmsil edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açılış tədbirinə həyat yoldaşı Ziroat Mirziyoyeva ilə birlikdə qatılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da VI Dünya Köçəri Oyunlarına həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə gedib.

Rusiya lideri Vladimir Putin açılış mərasimində təkcə iştirak edib. Məlumdur ki, Rusiya Prezidenti 2013-cü ilin iyununda keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevadan rəsmən boşandığını elan edib. Vladimir Putin daha sonra yenidən evlənməyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da VI Dünya Köçəri Oyunlarının açılışında tək görünüb. Əvvəllər bu cür tədbirlərdə Nikol Paşinyanı həyat yoldaşı Anna Akopyan müşayiət edirdi. Amma bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan edib. Ondan sonra bir müddət bir-birindən uzaqlaşan Paşinyan və Akopyan 7 iyun parlament seçkiləri ərəfəsindən yenidən yaxınlaşıblar. Amma onların hazırda evli olub-olmadığı aydın deyil.

Hindistanı Bişkekdə subay siyasətçi olaraq tanınan Baş nazir Norendra Modi təmsil edib. 76 yaşlı subay Baş nazir özünü Hindistan xalqna xidmətə həsr etdiyini bildirərək evlənməyib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emomali Raxmon, Monqolustan Prezidenti Uxnagiyn Xurelsux, Laos Prezidenti Thongloun Sisulit, Pakistanın Baş naziri Şahbaz Şərif, Vyetnamın xanım vitse-prezidenti Vo Thi An Suan da mərasimə ailə üzvlərinin iştirakı olmadan qatılıblar.
Çin Xalq Respublikasının sədri Si Cinpin isə Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməyib. Si Cinpinin Çinin Tibet Muxtar Rayonunda baş verən təbii fəlakət səbəbindən tədbirə qatıla bilmədiyi elan olunub.
Qeyd edək ki, VI Dünya Köçəri Oyunlarının açılış mərasiminin keçirildiyi “Bişkek Arena” stadionu ilk dəfə istifadəyə verilib. Stadionun 51 min tamaşaçı tutumu var.
VI Dünya Köçəri Oyunlarında 3 mindən çox idmançı qeydiyyatdan keçib ki, bu da yeni rekord hesab olunur. Yarışlarda iştirak etmək üçün dünyanın 113 ölkəsindən idman nümayəndə heyətləri müraciət edib.
Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir. Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.

2026-cı il Dünya Köçəri Oyunlarının rəsmi simvolu kimi “Batay” adlı qar bəbiri seçilib. Qar bəbiri, yaxud qırğızların “İlbirs” adlandırdığı heyvan Qırğızıstan təbiətinin müqəddəs simvollarından biri hesab olunur.
“Batay” adının da simvolik mənası var. Sözün “Ba” hissəsi güc, azadlıq və qüdrət rəmzi olan “bars” (bəbir) kəlməsidən götürülüb. “Tay” isə qırğız dilində “dayaq” mənasını verən “tayanıç” sözündən yaranıb və möhkəmlik, tarazlıq, eləcə də tarixi köklərə sədaqəti ifadə edir.
Builki Dünya Köçəri Oyunlarının proqramına 42 idman növü daxil edilib. Təşkilat Komitəsi yarışların tarixi ruhunun qorunmasına xüsusi diqqət yetirir. Proqrama yalnız mədəni və tarixi kökləri olan idman növləri salınıb.
Yarışlar sentyabrın 9-dan 16-dək Qırğızıstanın İssık-Kul bölgəsində keçiriləcək.
Yarışlarda oxatma, güləş növləri, sumo, sambo, kəndirçəkmə, atçılıq, bodibildinq və fitnes, müxtəlif idman və döyüş sənətləri assosiasiyaları, zorxana və pəhləvanlıq üzrə komandalar iştirak edəcək.

Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT
Prezident olmamışdan əvvəl nə işlə məşğul olublar? – Dünya liderlərinin maraqlı keçmişi
Şüşə tavanın yeni funksiyası təəccübləndirdi – Günəşdən elektrik istehsal edəcək
İkinci əl elektromobil alanların diqqətinə – Maşında gizli təhlükə aşkarlanıb
Gəmi nəqliyyatı velosipedçilərin də işinə yarayırmış
Müasir avtomobillərdə sürücülərin istəmədiyi funksiyalar AÇIQLANDI
Robot insandan sürətli qaçır, amma tormozlaya bilmir – VİDEO
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA
Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ
Sükanın bu xüsusiyyəti həyat qurtara bilər – Maraqlı FAKT










