“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu

Geniş füzelyajlı təyyarələr aviasiya sənayesində yüksək liqa hesab edilir. Burada hər litr yanacaq və istismar zamanı qənaət edilmiş hər bir dollar ciddi göstəricidir.
Avtosfer.az xəbər verir ki, Voronej Aviasiya zavodunu bir məsələ ciddi narahat edir: İl-96-400M modeli istehsala başlasa da, aviaşirkətlər qərb texnikasına qayıtmaq ümidi ilə yaşayır. Bəs səbəb nədir?
Aviasiya ekspertləri bunun üçün bir neçə səbəb göstərir və əyani olaraq “İlyuşin”i Avropanın ən qənaətcil təyyarəsi Airbus A350-1000 modeli ilə müqayisə edirlər.
İl-96-400M maksimum 8000 kilometr uçuş üçün nəzərdə tutulsa da, A350-1000 birbaşa 16 000 km qət edə bilir. Başqa sözlə, fransız layneri dünyanın istənilən 2 böyük şəhərini birbaşa əlaqləndirə bilir. İl-96 isə orta məsafəli magistrallar üçündür.
İl-96-400M birsalonlu konfiqurasiyada 370 sərnişin daşıya bildiyi halda, Avropa təyyarəsi bu konfiqurasiyada 480-dən çox sərnişin götürə bilir. A350-də salon konfiqurasiyalaraı daha çoxdur.
ən ciddi xərc isə istismar xərclərindədir. Rus təyyarəsini 4 ədəd PS-90A1 mühərriki hərəkətə gətirdiyi halda, Avropa təyyarəsi 2 ədəd güclü Rolls-Royce Trent XWB-97 mühərriki ilə komplektləşdirilir.
4 mühərrik istismar və texniki xidmət xərclərini artırır. A350-nin mükəmməl aerodinamikası, yeni mühərrik və kompozit materialların tətbiqi sərnişin-kilometr hesabı ilə onu daha səmərəli edir.
“İl-96-400M”ün mühərriklərindən biri sıradan çıxacağı təqdirdə digər 3 mühərrik onu təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdıra bilər. Avropa təyyarəsində mühərriklərin uçuş resursu və dartı gücü çoxdur, istismarla bağlı beynləxalq təcrübə mövcuddur. Rus mühərriki isə beynəlxalq sertifikasiyadan hələ çox uzaqdır.
İl-96-400M demək olar bütünlüklə Rusiyada istehsal edildiyi halda, Airbus A350-1000nin istehsalında onlarla ölkə iştirak edir və o qlobal məhsul hesab edilir.
Bu səbəbdən hökumətin vədlərinə baxmayaraq həm istehsal həcmi azdır, həm də aviadaşıyıcılar daha müasir, etibarlı və qənaətcil maşınlara maraq göstərirlər. Rus mediasında “İl” və digər yerli təyyarələr gecə-gündüz təriflənsə də, ortada real nəticə yoxdur. Federasiyanın ucqarlarında isə Brejnev dövrünün təyyarələri hələ də istismar edilir. Ötən il Sibirdə qəzaya uğrayan təyyarələrdən biri 1972-ci ildə istehsal olunmuşdu!
Vüqar Yaşaroğlu
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












