“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI

Avtomobil istehsalçıları 10 ildən artıqdır istifadə olunan “Apple CarPlay” və “Android Auto” sistemlərini tədricən avtomobillərdən çıxararaq öz proqram platformalarına keçməyə başlayıblar.
Avtosfer.az xəbər verir ki, şirkətlər hesab edir ki, avtomobilin mühüm funksiyalarının birbaşa istehsalçının yaratdığı proqram təminatı ilə inteqrasiyası daha məqsədəuyğundur.
Məsələn, “General Motors” şirkəti “Chevrolet Blazer EV” kimi yeni elektrikli modellərində “Apple CarPlay” və “Android Auto” dəstəyindən imtina edərək öz proqram platformasına keçib.
İstehsalçıların fikrincə, akkumulyatorun əvvəlcədən kondisionerləşdirilməsi, enerji doldurmanın idarə olunması və digər mühüm funksiyalar avtomobilin daxili proqram təminatı ilə birbaşa əlaqəli olmalıdır.
Bu yanaşmanın avtomobil istehsalçılarına həm proqram təminatı üzərində daha çox nəzarət, həm də avtomobilin müxtəlif funksiyalarını vahid sistemdə birləşdirmək imkanı verəcəyi bildirilir.
Bununla belə, “Apple CarPlay” və “Android Auto” kimi sistemlərdən istifadə edən sürücülər üçün bu dəyişiklik avtomobildə smartfon inteqrasiyasının əvvəlki formada mümkün olmayacağı anlamına gəlir.
Eltac Zülfüqaroğlu
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO












