Artıq avtomobilinizi robotlar park edəcək: Yeni sistem sınaqdan keçirilməyə başlandı

Şəhərlərdə parklanma yerlərinin çatışmazlığına qarşı yeni texnologiya sınaqdan keçirilməyə başlanıb. “Hyundai” tərəfindən hazırlanmış robotlaşdırılmış sistem sürücünün avtomobili parklanma məntəqəsinin girişində qoyaraq ərazidən ayrılmasına imkan verir. Bundan sonra avtomobilin yerləşdirilməsi prosesini xüsusi robotlar həyata keçirir.
Avtosfer.az xəbər verir ki, sistemin əsasını cəmi 110 millimetr qalınlığında olan robot qurğular təşkil edir. Sürücü avtomobili təhvil məntəqəsində saxladıqdan sonra bu qurğular avtomobilin altına daxil olaraq təkərləri qaldırır və nəqliyyat vasitəsini müəyyən edilmiş parklanma yerinə avtomatik şəkildə daşıyır.
Sistem ətraf mühiti LiDAR sensorları vasitəsilə skan edir və 3,4 tona qədər çəkisi olan avtomobilləri dəqiq şəkildə hərəkət etdirə bilir. Avtomobilin sahibi nəqliyyat vasitəsini götürmək istədikdə isə parklanma sahəsində uzun manevrlər etməsinə ehtiyac qalmır. O, çıxışda yerləşdirilən ekran vasitəsilə sorğu göndərir və sistem avtomobili götürmə nöqtəsinə gətirir.
Yeni texnologiyanın əsas üstünlüklərindən biri parklanma sahəsindən daha səmərəli istifadə edilməsidir. Ənənəvi parklanma məntəqələrində avtomobil qapılarının açılması üçün nəqliyyat vasitələri arasında müəyyən məsafə saxlanılmalıdır. Robot sistemində isə avtomobillər sürücüsüz şəkildə yerləşdirildiyindən onların arasında daha az məsafə saxlamaq mümkündür.
Bundan başqa, robot qurğuların müxtəlif istiqamətlərdə hərəkət edə bilməsi dar sahələrdən də istifadə etməyə imkan yaradır. Bu isə mövcud parklanma məntəqələrinin tutumunun təxminən 20-50 faiz artırılmasına şərait yarada bilər.
Sistemin ilk sınaqları Cənubi Koreyada yerləşən böyük yaşayış komplekslərindən birində aparılır. Texnologiyanın gələcəkdə digər ölkələrdə də tətbiqinin genişləndirilməsi gözlənilir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












