Arxa oturacaqda neçə sərnişin otura bilər? – Qanun nə deyir? - VİDEO

Avtomobillərdə sərnişinlərin sayına dair sürücülər arasında müxtəlif fikirlər mövcuddur. Xüsusilə arxa oturacaqda neçə nəfərin əyləşə biləcəyi ilə bağlı bəzi sürücülər qaydaları düzgün bilmirlər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, avtomobildə sərnişinlərin sayı oturacaq yerlərinin sayına uyğun olmalıdır. Yəni nəqliyyat vasitəsinin texniki göstəricilərində neçə oturacaq yeri nəzərdə tutulubsa, həmin sayda sərnişinin daşınmasına icazə verilir.
“Məlumat üçün qeyd edim ki, çox adam bunu üç nəfər bilir, amma əslində belə deyil. Qanunda konkret qeyd edilir ki, sərnişinlərin sayı oturacaq yerlərinin sayı qədər ola bilər. Bəzən elə avtomobil olur ki, onun oturacaq yerlərinin sayı yeddi nəfərdir. Bu halda yeddi nəfər daşına bilər”, – deyə Rüfət Əmiraslanov bildirib.
O qeyd edib ki, burada 12 yaşından kiçik uşaqlar da nəzərə alınmayan hal kimi qanunda ayrıca göstərilir. Yəni sərnişinlərin daşınması ilə bağlı tələblər müəyyən edilərkən 12 yaşından kiçik uşaqların sayı ayrıca nəzərə alınır.
Ekspert sürücüləri avtomobilin texniki göstəricilərində nəzərdə tutulan sərnişin tutumuna diqqət yetirməyə və normadan artıq sərnişin daşımamağa çağırıb.
Eltac Zülfüqaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












