Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?

Avtomobillərin kapotunda yer alan loqotiplər təkcə dizayn elementi deyil, həm də brendlərin tarixi, fəlsəfəsi və dəyərlərini əks etdirən mühüm simvollardır.
Avtosfer.az xəbər verir ki, dünyanın aparıcı avtomobil istehsalçılarının loqoları uzun illər ərzində formalaşıb və hər biri özünəməxsus məna daşıyır.
"Toyota"
Üç ovaldan ibarət "Toyota" loqotipi ilk dəfə 1989-cu ildə təqdim edilib. Bir-birinə keçən iki oval şirkətlə müştəri arasındakı qarşılıqlı etimadı və bağlılığı simvolizə edir. Bu formalar eyni zamanda brendin adının ilk hərfi olan "T" hərfini yaradır. Loqoya diqqətlə baxdıqda "Toyota" sözünü təşkil edən bütün hərfləri bu fiqurların daxilində görmək mümkündür.
"Hyundai"
Bir çoxları "Hyundai" loqosundakı maili "H" hərfini sadəcə şirkətin baş hərfi hesab edir. Əslində isə bu simvol əl sıxan iki şəxsi təsvir edir. Onlardan biri şirkəti, digəri isə məmnun müştərini təmsil edir. Bununla da brend etibar, əməkdaşlıq və müştəri məmnuniyyəti prinsipini ön plana çıxarır.
"Renault"
"Renault"un məşhur almaz formalı loqosu ilk dəfə 1925-ci ildə istifadə olunmağa başlayıb. Həndəsi forma şirkətin müasirlik, innovasiya və sənaye gücü fəlsəfəsini ifadə edir. Loqo illər ərzində bir neçə dəfə yenilənsə də, əsas ideyası dəyişməyib.
"Volvo"
"Volvo"nun dairə və yuxarı istiqamətlənmiş oxdan ibarət loqosu qədim dəmir simvoluna əsaslanır. Bu nişan möhkəmlik, davamlılıq və təhlükəsizliyi ifadə edir. Eyni zamanda, İsveçin polad sənayesindəki güclü ənənələrinə işarə hesab olunur.
"Škoda"
1926-cı ildən istifadə olunan "Škoda"nın "qanadlı ox" loqosu sürəti, inkişafı və yenilikçiliyi simvolizə edir. Qanadlar azadlığı və texnoloji tərəqqini, yaşıl rəng isə şirkətin ətraf mühitə həssas yanaşmasını əks etdirir.
"Citroën"
"Citroën" loqosundakı ikiqat şevron şirkətin qurucusu Andre Sitroyenin patentləşdirdiyi xüsusi dişli texnologiyasını simvolizə edir. Bu loqo brendin mühəndislik nailiyyətlərini və texnoloji inkişafını ifadə edir.
"Mercedes-Benz"
"Mercedes-Benz"in üçguşəli ulduzu şirkətin quruda, havada və suda istifadə olunan mühərriklərin istehsalı ilə bağlı tarixi fəaliyyətini əks etdirir. Loqonun hər bir guşəsi bu üç istiqaməti simvolizə edir.
"BMW"
"BMW" loqosu çox vaxt təyyarə pərvanəsi kimi təqdim edilsə də, onun əsas mənası Bavariya ilə bağlıdır. Mavi və ağ rənglər Almaniyanın Bavariya əyalətinin rəsmi rənglərini əks etdirir və brendin mənşəyinə işarə edir.
"Audi"
"Audi"nin dörd halqadan ibarət loqosu 1932-ci ildə "Auto Union" adı altında birləşən dörd avtomobil istehsalçısını – "Audi", "DKW", "Horch" və "Wanderer" markalarını təmsil edir. Bu halqalar şirkətlərin birliyini və ortaq tarixini simvolizə edir.
Eltac Zülfüqaroğlu
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı










