Avtomobil tarixinin ən etibarlı 16 mühərriki AÇIQLANDI

Uzunömürlülüyü ilə seçilən dünyanın ən etibarlı 16 mühərriki açıqlanıb. Siyahıda xüsusilə “Toyota”, “Nissan” və “Honda” markalarının əfsanəvi mühərrikləri diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, avtomobil alarkən yanacaq sərfiyyatı və performansla yanaşı, mühərrikin uzunömürlü olması da əsas amillərdən hesab olunur. Mütəxəssislər və avtomobil həvəskarları tərəfindən yüksək etibarlılığı ilə seçilən mühərriklər illər ərzində böyük məsafələr qət etməsi və nisbətən aşağı nasazlıq göstəriciləri ilə ad çıxarıb.
Siyahıda Yapon avtomobil istehsalçılarının mühərrikləri üstünlük təşkil edib. “Toyota”nın 2JZ-GTE mühərriki möhkəm konstruksiyası və modifikasiya imkanları ilə avtomobil dünyasında əfsanəvi aqreqatlardan biri hesab olunur.
“Nissan”ın RB26DETT mühərriki isə xüsusilə “Skyline GT-R” modeli ilə tanınır. İki turbokompressorlu bu mühərrik yüksək gücü ilə yanaşı, davamlılığı ilə də seçilir.
“Honda”nın K20 mühərriki də siyahıda yer alıb. Yüksək dövrlərdə işləyə bilməsi, nisbətən yüngül konstruksiyası və etibarlılığı bu mühərriki avtomobil həvəskarları arasında məşhurlaşdırıb.
Mütəxəssislərin fikrincə, bu mühərriklərin uzun illər ərzində yüksək yürüş göstəricilərinə çatması və düzgün texniki qulluq zamanı ciddi problemlər yaratmaması onların avtomobil tarixində xüsusi yer tutmasına səbəb olub.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












