Avtomobildə kondisioneri nə vaxt işə salmaq olmaz? – ARAŞDIRMA

Avtomobildə kondisionerin mühərrik yüksək dövrlərdə işləyərkən işə salınması sistemin vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu vərdiş birbaşa mühərrikə zərər vurmasa da, kondisioner kompressoru və ona bağlı mexaniki hissələrə əlavə yük yaradır. Nəticədə kompressorun muftası daha tez aşınır, ötürücü kəmərdə gərginlik yaranır, köhnə avtomobillərdə isə kompressorun daxili mexanizmlərində nasazlıqlar meydana gələ bilər.
Mütəxəssislər bildirirlər ki, kondisioneri avtomobil dayanarkən və ya mühərrik aşağı dövrlərdə işləyərkən işə salmaq daha məqsədəuyğundur. Hərəkət zamanı isə mühərrikin dövrləri azaldıldıqdan sonra kondisionerin aktivləşdirilməsi, həmçinin ötmə və dik yoxuşlarda müvəqqəti söndürülməsi sistemin ömrünü uzatmağa kömək edir. Müasir avtomobillərdə elektron idarəetmə sistemi kompressoru müəyyən qədər qorusa da, yüksək dövrlərdə yaranan mexaniki yüklənmə zamanla kondisionerin istismar müddətini azalda bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












