Avtomobili park edərkən bu qaydaya əməl edin – XƏBƏRDARLIQ

Avtomobili park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər sürət qutusunda və ötürücü sistemində ciddi mexaniki nasazlıqlara səbəb ola bilər. Düzgün park qaydasına əməl etməklə transmissiyanın ömrünü uzatmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, avtomatik və mexaniki sürət qutusu olan avtomobillərdə park zamanı edilən yanlışlıqların zamanla bahalı təmirə səbəb ola biləcəyi bildirilir. Xüsusilə avtomobilin ağırlığının əl əyləci əvəzinə birbaşa sürət qutusunun kilidləmə mexanizminə ötürülməsi mexaniki hissələrin aşınmasını sürətləndirə bilər.
Avtomatik transmissiyalı avtomobillərdə sürücülərin ən çox etdiyi səhvlərdən biri avtomobili tam dayandırdıqdan sonra birbaşa “P” rejiminə keçirmək və daha sonra ayağı əyləc pedalından çəkməkdir. “P” rejimində sürət qutusunun daxilindəki mexaniki kilid avtomobilin hərəkətinin qarşısını alır. Xüsusilə maili yerdə park edilən avtomobilin ağırlığı həmin mexanizmə düşə bilər.
Bu hal zaman keçdikcə kilid mexanizminin aşınmasına, sürət qutusunun “P” rejimindən çıxarılmasında çətinlik yaranmasına və müxtəlif mexaniki problemlərə səbəb ola bilər.
Mütəxəssislər avtomatik transmissiyalı avtomobili park edərkən əvvəlcə avtomobili tam dayandırmağı, ayağı əyləc pedalında saxlayaraq sürət qutusunu “N” rejiminə keçirməyi və əl əyləcini çəkməyi tövsiyə edirlər. Bundan sonra ayaq əyləcdən çəkilməli, avtomobilin ağırlığının əl əyləcinə düşməsinə imkan verilməlidir. Daha sonra yenidən əyləc pedalına basaraq sürət qutusunu “P” rejiminə keçirmək lazımdır. Belə olduqda avtomobilin əsas yükü sürət qutusunun kilid mexanizmi deyil, əl əyləci tərəfindən saxlanılır.
Mexaniki sürət qutusu olan avtomobillərdə də park zamanı düzgün ardıcıllığa riayət etmək vacibdir. Avtomobil tam dayandırıldıqdan sonra mufta pedalına basılaraq sürət qutusu neytral vəziyyətə keçirilməli və əl əyləci çəkilməlidir. Daha sonra ayaq əyləci buraxılaraq avtomobilin ağırlığının əl əyləci tərəfindən saxlanılması təmin edilməlidir.
Maili ərazilərdə isə əlavə təhlükəsizlik tədbirləri görülməsi tövsiyə olunur. Avtomobil düz yerdə və ya yoxuş istiqamətində park edilirsə, mühərrik söndürüldükdən sonra birinci sürətə, eniş istiqamətində park edilirsə, geri ötürməyə keçirmək məsləhət görülür. Bu, əl əyləcinin boşalması halında avtomobilin hərəkətə başlaması riskini azaltmağa kömək edir.
Eltac Zülfüqaroğlu
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












