Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO

Yay aylarında havaların isinməsi ilə avtomobillərdə kondisionerdən istifadə də artır. Mütəxəssislər bildirirlər ki, sürücülərin əksəriyyəti avtomobildəki “hava sirkulyasiyası” düyməsindən düzgün istifadə etmir.
Avtosfer.az xəbər verir ki, idarəetmə panelində dairəvi ox işarəsi ilə göstərilən hava dövranı funksiyası aktiv olduqda, avtomobil xaricdən isti hava qəbul etmir. Bunun əvəzinə kondisioner artıq soyudulmuş havanı salon daxilində yenidən dövriyyəyə buraxır. Bu isə salonun daha qısa müddətdə soyumasına imkan yaradır.
Mütəxəssislərin sözlərinə görə, bu funksiyanın düzgün istifadəsi yalnız rahatlıq deyil, həm də yanacağa qənaət baxımından faydalıdır. Çünki kondisioner sistemi xaricdəki isti havanı soyutmaq üçün daha az enerji sərf edir və nəticədə mühərrikə düşən yük azalır.
Bundan əlavə, hava sirkulyasiyası rejimi küçədən gələn tozun, tüstünün, işlənmiş qazların və polenin avtomobil salonuna daxil olmasının qarşısını alaraq daha təmiz hava mühiti yaradır.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu rejimdən uzun müddət fasiləsiz istifadə etmək düzgün deyil. Salon daxilində eyni havanın dövr etməsi karbon qazının artmasına, sürücüdə yorğunluq və yuxululuq hissinin yaranmasına səbəb ola bilər. Buna görə də müəyyən aralıqlarla pəncərələrin açılması və ya sistemin qısa müddətlik xarici hava rejiminə keçirilməsi tövsiyə olunur.
Qeyd edilir ki, qış aylarında isə hava sirkulyasiyası rejimindən uzun müddət istifadə şüşələrin tez dumanlanmasına səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












