Azərbaycan rəhbərliyi niyə 1953-cü ildə Xəzərin bombalanmasına razılıq verdi? - FOTOLAR

Azərbaycan SSR, 1953-cü ilin qışı.
Avtosfer.az xəbər verir ki, həmin dövrdə həyəcanlı hadisə baş verdi. Təbii ki, xalqın bundan xəbəri olmayacaqdı.
Yanvarın əvvəllərində Rusiyanın cənubunda havaların mülayim keçməsi Xəzərin şimalına buz laylarının əriyərək küləyin təsiri ilə Abşeron yarımadasına doğru hərəkət edir. Meteoroloqlar həyəcanlı proqnoz verirlər: havalar isinməyə davam edir, lakin aysberqlər Bakıya çatanadək əriməyəcək. Dənizdə yeni salınmış platformalar, estakadalar, həmçinin Neft Daşları bu zərbəyə davam gətirməyəcək.
“Nauka i jizn” jurnalında 2002-ci ildə dərc edilmiş məqalədə göstərilir ki, respublika rəhbərliyinə buz təbəqəsinin bombalanması təklif edilir. Təklif Moskvada müsbət qarşılanır və icra olunur. Paralel olaraq buzun əriməsini sürətləndirmək üçün dənizə kömür tozu da tökülür. Lakin, heç bir metod ciddi səmərə vermir.
Məqalədə baş verən hadisələr ətraflı təsvir edilir. Lakin, cümləpərdazlıq olmasın deyə, biz hər xırdalığa varmırıq. Buz təbəqəsi Pirallahı və Gürgəndə bir çox estakadanı dağıdır, gəmini çevirir.
Həyəcanlı anlar bununla bitmir. Neft Daşları ciddi risk altında idi. Cəmi 50 nəfər qalmaqla bütün heyət quruya təxliyə olunur. Hamı həyəcanla faciə gözlədiyi halda, möcüzə baş verir. Şimal küləyi anidən qərb küləyi ilə əvəzlənir, buzlar əks istiqamətdə getməyə başlayır. Havalar isinir və buzlar əriyir, risk sovuşur.
Oxşar təbiət hadisəsi sonra heç bir zaman təkrar olunmur.
Vüqar Yaşaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir















