Azərbaycanda ən çox pul xərcləyən ailələr AÇIQLANDI

Azərbaycanda ev təsərrüfatı başçısının statusundan asılı olaraq adambaşına düşən aylıq istehlak xərcləri fərqlənir.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, ev təsərrüfatı başçısı muzdla işləyən ailələrdə adambaşına aylıq istehlak xərcləri 399,9 manat təşkil edir. Bu, digər kateqoriyalarla müqayisədə ən yüksək göstəricidir.
Özünüməşğul şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına istehlak xərcləri 374,8 manat, pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ailələrdə 379 manat, digər kateqoriyaya daxil olanlarda isə 379,1 manatdır.
Bütün qruplarda xərclərin ən böyük hissəsi ərzaq məhsullarının payına düşür. Muzdla işləyənlərin ailələrində adambaşına ərzağa ayda 169 manat, özünüməşğul şəxslərin ailələrində 160,5 manat, pensiyaçı, müavinət və təqaüd alanların ailələrində 164,4 manat xərclənir. "Digər” kateqoriyasında isə bu göstərici 180,7 manatla ən yüksək həddə çatır.
Muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına ayda su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə 30 manat, səhiyyəyə 20,7 manat, nəqliyyata 27,5 manat, təhsilə 7,2 manat, istirahət və mədəniyyət xidmətlərinə 17,3 manat sərf edilir.
Pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ev təsərrüfatlarında səhiyyə xərcləri adambaşına 21,2 manat təşkil edir. Bu, cədvəldə göstərilən qruplar arasında səhiyyə üzrə ən yüksək göstəricidir.
Məlumatlara görə, mehmanxana, kafe və restoran xidmətlərinə ən çox vəsaiti də muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatları xərcləyir - adambaşına ayda 30 manat. Özünüməşğul şəxslərdə bu göstərici 27 manat, pensiyaçı, müavinət və təqaüd alanlarda 27,2 manat, digər kateqoriyada isə 26,5 manatdır.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












