Azərbaycanda hansı avtomobillər daha sərfəlidir? – Ekspertdən TÖVSİYƏ

Azərbaycanda insanlar avtomobil seçərkən yalnız avtomobilin qiymətinə deyil, həm də yanacaq sərfiyyatına, texniki xidmət xərclərinə və ehtiyat hissələrinin əlçatanlığına diqqət yetirirlər. Xüsusilə şəhər və kənd şəraitində sürücülərin ehtiyaclarını ödəyən, ucuz və davamlı modellər daha çox üstünlük qazanır.
Bu səbəbdən bəzi avtomobil markaları həm qiymət, həm də texniki xidmət baxımından digər markalara nisbətən daha sərfəli görünür. Ölkədə hansı avtomobillərin daha sərfəli olduğu isə hələ də sürücülər arasında maraq doğuran mövzulardan biridir. Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?
Mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobilin istehsal olunduğu ölkə və markası ikinci dərəcəli məsələdir.
Onun sözlərinə görə, əsas prioritet avtomobilin təhlükəsizlik və keyfiyyət standartlarına cavab verməsi, eləcə də hansı ölkə üçün istehsal olunmasıdır.
Ekspert avtomobil alarkən istehsalçı zəmanətinə, servis mərkəzlərinin mövcudluğuna və ehtiyat hissələrinin asanlıqla əldə olunmasına xüsusi diqqət yetirilməsini tövsiyə edib.
Eldəniz Cəfərov vurğulayıb ki, Azərbaycanda daha qənaətcil, dözümlü, idarəetməsi rahat və təhlükəsiz avtomobillərə üstünlük verilir:
“Son dövrlərdə hibrit avtomobillərə maraq əhəmiyyətli dərəcədə artıb və bu tip avtomobillər ölkəyə Yaponiyadan, Cənubi Koreyadan, Avropadan, ABŞ-dan, eləcə də Çindən gətirilir”.(medianews.az)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












