Azərbaycanlı kəndlinin Stalin mükafatı almış ixtirası - FOTOLAR

Artıq Balakən, Zaqatala və digər rayonlarda fındıq yığımı başlayıb. Son günlərdə media qurumlarında fındığın qərzəkdən təmizlənməsinin mexaniki üsulla həyata keçirildiyinə dair videolar da yayılır. Bəs bu avadanlığı kim hazırlayıb? Ümumiyyətlə, fındıq emalı avadanlığı yenilikdirmi?
Avtosfer.az xəbər verir ki, hazırda Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanında fındığı qərzəkdən ayırmaq üçün əsasən Türkiyə istehsalı olan avadanlıq istifadə edilir. Lakin, aqreqatın müəllifinin azərbaycanlı olduğundan çox adam xəbərsizdir.
Azərbaycan SSR-in ən sanballı məlumat mənbəyi olan Azərbaycan Sovet Ensiklopediyasının (ASE) I cildində yer alan “QƏRZƏKTƏMİZLƏYƏN MAŞIN” məqaləsində göstərilir ki, aqreqat balakənli dəmirçi Məhəmməd Andiyevin təklifi əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Texnikası Birliyinin konstruktor bürosunda (bu təşkilatın indiki adını bilmək maraqlı olardı – müəl.) hazırlanıb. Andiyev 1951-ci ildə həmin ixtiraya görə SSRİ Dövlət mükafatına (daha doğrusu Stalin mükafatı – müəl.) layiq görülüb. Bu da ixtiranın ittifaq səviyyəsində tanındığını göstərir.
Azərbaycanlı ustanın hazırladığı POMA-3 qurğusu elektrik mühərriki ilə işləyirdi və onun fəaliyyətinə 3 işçi tələb olunurdu. Buna görə də stasionar idi. Sonradan təkmilləşdirmə aparıldı və qurğu MTZ markalı traktorla iş üçün adaptasiya olundu. SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 28 may 1985-ci il tarixli protokolu ilə yeni aqreqat 1986-cı ildən FOM-3 adı ilə Daşkənddəki “Sredazselmaş” zavodundan istehsala verilib. Özbəklər bu aqreqatı həm səyyar, həm də stasionar versiyada istehsal ediblər. Aqreqat 1991-ci ildə Zaqatala rayonundakı kolxozların birində sınaqdan keçirilib və sınaq müddətində müxtlif sortlardan 1200 ton fındıq təmizlənib. Sınaq zamanı məhsuldarlığın 250 dəfə artdığı protokollaşdırılıb!
Özbəkistan SSR-də həmçinin, fındıqyığan aqreqat da istehsal edilib. Onun iş prinsipi müasir zeytun və badam yığan maşınlardan çox da fərqlənmir.
Azərbaycan “Aqromexanika“ Elmi-Tədqiqat İnstitutunun saytında da qərzəktəmizləyən qurğu barədə məlumat yer alır.
Bəli, balakənli kolxozçunun ixtirası 80 ilə yaxındır fındıqçıların işini asanlaşdırmaqda davam edir.
Vüqar Yaşaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
















