Bakı metrosunda qaz daşıdılar - VİDEO

Bakıda metrosunda qeyri-adi hal yaşanıb.
Avtosfer.az xəbər verir ki, metro stansiyaya qazla daxil olan sərnişinlərdən biri onu qatarda aparıb.
Görüntülərin sosial şəbəkədə yayılması xeyli müzakirələrə səbəb olub. Bəziləri heyvanın qatarda daşınmasına normal baxsa da, digər qrup bunun doğru olmadığını bildirib.
Bəs, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin istifadə qaydalarında bu məsələ necə tənzimlənir?
Qaydalara əsasən, sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər. Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin.
Bakı Metropolitenində qadağa olunan hallar:
Ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü aparmaq.
Bükülməmiş, bağlanmamış və bərkidilməmiş, sərnişinlərə xəsarət yetirmək imkanı olan əl yükünü (şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.) aparılmaq.
(baku.vs)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












