Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO

Sosial şəbəkələrdə xüsusi cihaz vasitəsilə işıqforların iş prinsipinə kənar müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, paylaşılan videoda kiçik ölçülü cihazla işıqforun işığının dəyişdirilməsi öz əksini tapıb.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov belə bir şeyin mümkün olmadığını bidirib.
"Bəzi ölkələrdə yol kəsişmələrində operativ nəqliyyat vasitələrinin (təcili yardım, yanğınsöndürmə, polis və s.) hərəkətini sürətləndirmək məqsədilə xüsusi dalğa qəbuledici qurğular quraşdırılıb ki, bu sistemlər vasitəsilə operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda işıqfor siqnalları avtomatik olaraq dəyişir və həmin nəqliyyat vasitəsinə üstünlük verilir. Lakin beynəlxalq təcrübəyə əsasən, belə hallarda işıqforlara kənar müdaxilələrin edildiyi müşahidə olunur.
Ölkə yollarında olan işıqforlar həm nəzarətdə saxlanıldığından, həm də yollarımızda xüsusi dalğa qəbuledici qurğular quraşdırılmadığından işıqforların iş prinsipinə kənar müdaxilələrin edilməsi qeyri-mümkündür. Ona görə də müxtəlif universal radio-siqnal qurğuları (məsələn, "Flipper Zero" tipli cihazlar) vasitəsilə işıqfor işıqlarının dəyişdirilməsi mümkün deyil", - deyə Ö.Xıdırov vurğulayıb.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












