Bakıda neçə kilometr velosiped zolağı olmalıdır? – ARAŞDIRMA

Bakıda velosiped infrastrukturunun uzunluğu artıq 70 kilometrə yaxınlaşıb. Lakin şəhərin əhalisi və nəqliyyat tələbatı nəzərə alındıqda, bu göstəricinin kifayət edib-etmədiyi ilə bağlı müzakirələr davam edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev bununla bağlı paylaşımında müxtəlif şəhərlərdə 100 min sakinə düşən veloinfrastrukturun uzunluğunun müqayisə edildiyini bildirib.
Onun sözlərinə görə, bu göstərici əsasında Bakı bəzi postsovet şəhərlərindən belə geri qalır. Təhlillərdə əsasən 2024–2026-cı illərə aid məlumatlardan istifadə olunub və bəzi şəhərlərdə velosiped şəbəkəsinin hazırda daha da genişləndirildiyi qeyd edilir.
Ekspert nümunə olaraq Almatı şəhərini göstərib. Belə ki, şəhərdə ilin sonuna qədər velosiped zolaqlarının ümumi uzunluğunun 126 kilometrə çatdırılması planlaşdırılır.
Bakı şəhərinin Baş planında Vyana velosiped infrastrukturu və şəhər mobilliyi baxımından müqayisə və inkişaf üçün benchmark kimi götürülüb.
“Vyanadakı göstəriciyə çatmaq üçün təxminən 4 milyon əhalisi olan Bakı şəhərində 756 kilometr velosiped zolaqları olmalıdır”, - deyə ekspert qeyd edib.
Onun fikrincə, burada əsas məsələ yalnız velosiped zolaqlarının ümumi uzunluğunu artırmaq deyil. Veloinfrastrukturun şəhərin əsas nəqliyyat dəhlizləri, ictimai nəqliyyat şəbəkəsi, yaşayış və iş mərkəzləri ilə əlaqələndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, velosiped infrastrukturunun genişləndirilməsi şəhərdə alternativ nəqliyyat vasitələrindən istifadənin artırılması və nəqliyyat yükünün müəyyən qədər bölüşdürülməsi baxımından nəzərdən keçirilir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir













