Bakının ən səs-küylü ərazisi; Yasamalda desibel ölçüldü – VİDEO

Bakının müxtəlif ərazilərində səs-küy səviyyəsi ölçülərək şəhərin səs-küy xəritəsinin hazırlanmasına başlanılıb. Müxtəlif küçə və prospektlərdə aparılacaq ölçmələr şəhərdə nəqliyyatın və digər amillərin yaratdığı səs yükünü müəyyənləşdirməyə imkan verəcək.
Avtosfer.az xəbər verir ki, jurnalist Raqif Raufoğlu Elmlər Akademiyası metrostansiyasının qarşısında desibel ölçən aparatla apardığı müşahidələrin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Jurnalistin sözlərinə görə, müşahidə zamanı ərazidə nəqliyyatın nisbətən az olduğu vaxtlarda səs səviyyəsi 70-80 desibel arasında dəyişib. Lakin bir avtobusun ərazidən keçməsi səs səviyyəsinin 80 desibeldən yuxarı qalxmasına səbəb olub.
“Bakının səs-küy xəritəsini desibel ölçən aparatla hazırlayıram. Elmlər Akademiyası metrosunun qarşısı nisbətən sakit vaxtdır. Bir avtobusun keçməsi desibeli 80-dən yuxarı qaldırdı”, – deyə Raqif Raufoğlu bildirib.
O qeyd edib ki, şəhərdə nəqliyyatın intensivliyi artdıqca səs səviyyəsində də ciddi dəyişikliklər müşahidə olunur. Xüsusilə ağır yük avtomobillərinin hərəkəti, avtomobil siqnalları və sıx nəqliyyat axını səs yükünü daha da artırır.
Raqif Raufoğlu bildirib ki, 90 desibel və daha yüksək səs səviyyəsi artıq ciddi səs yükü hesab oluna bilər. 100 desibeldən yuxarı göstəricilər isə insanın uzun müddət məruz qalması baxımından xüsusi diqqət tələb edir.
“Hazırda qeyri-pik saatdır, dərslər hələ başlamayıb və nəqliyyatın sıxlığı da yüksək deyil. Buna baxmayaraq, avtomobillərin hərəkəti və bir siqnalın səsi desibel göstəricilərinə dərhal təsir edir. Məqsədimiz Bakının müxtəlif küçələrində bu müqayisələri aparmaq və şəhərin səs-küy xəritəsini formalaşdırmaqdır”, – jurnalist vurğulayıb.
Raqif Raufoğlu yaxın vaxtlarda Bakının müxtəlif küçə və prospektlərində də analoji ölçmələrin aparılacağını bildirib. Bu ölçmələr nəticəsində şəhərin hansı ərazilərində səs-küy səviyyəsinin daha yüksək olduğu müəyyənləşdiriləcək.
“Tezliklə Bakının bütün küçələrini tanıyacaqsınız”, – deyə jurnalist paylaşımında qeyd edib.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












