Batareyanı dəyişmədən ömrünü uzatmaq mümkün olacaq? – YENİ ÜSUL

Elektrik avtomobillərinin sayının artması ilə batareyaların ömrünün uzadılması və təkrar emalı məsələsi də aktuallaşır.
ABŞ-nin Kornell Universitetinin tədqiqatçıları litium-ion batareyaların tamamilə sökülmədən yenilənməsinə imkan verən yeni üsul hazırlayıblar.
Tədqiqatçıların “Direct Electrode-to-Electrode Regeneration” (DEER) adlandırdığı metod batareyaların ömrünü uzatmaqla yanaşı, təkrar emal xərclərini də azaltmağa imkan verə bilər.
Metodun əsas məqsədi batareyanın tamamilə dəyişdirilməsi əvəzinə yalnız köhnəlmiş elektrodların yenilənməsidir. Bunun üçün istifadə olunmuş batareyalardakı elektrodlar çıxarılır və xüsusi kimyəvi məhlulla təmizlənir. Bu proses zamanı elektrodların səthində zamanla yaranan və batareyanın tutumunun azalmasına səbəb olan SEI təbəqəsi aradan qaldırılır.
Laboratoriya sınaqlarında DEER üsulu ilə yenilənmiş batareyaların ilkin tutumunun 95 faizədək bərpa olunduğu bildirilib. Yenilənmiş hüceyrələrdə tutum itkisi də istifadə olunmamış batareyalarla müqayisədə daha aşağı olub.
Tədqiqatçıların hesablamalarına görə, bu üsul batareyanın təkrar emal xərclərini də azalda bilər. Lakin texnologiyanın kommersiya istifadəsinə keçməsi üçün batareyaların sökülməsi, elektrodların emalı və istifadə olunan kimyəvi məhlulun yenidən dövriyyəyə qaytarılması kimi proseslərin təkmilləşdirilməsi tələb olunur.
Qeyd edək ki, tədqiqat hələ laboratoriya mərhələsindədir. Metod əsasən səthdə SEI təbəqəsinin yaranması nəticəsində tutumunu itirmiş batareyalar üçün nəzərdə tutulub. Ciddi struktur zədələnməsi və ya digər problemlər zamanı isə ənənəvi təkrar emal üsullarına ehtiyac yarana bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












