Bələdçilər turistləri dağda belə zəhərləyirmiş

Nepal polisi illərdir davam edən fırıldaqçılıqla məşğul olan şəbəkəni ifşa edib.
Avtosfer.az “Kathmandu Post”a istinadla xəbər verir ki, dağ bələdçiləri Everestə qalxan turistləri və alpinistləri zəhərləyərək böyük miqdarda qazanc əldə ediblər. Onlar bu işi təkbaşına icra etməyiblər. Fırıldaq mexanizmi isə aşağıdakı kimidir:
Bələdçi 4-5 min metr yüksəkdə olan turistə çoxlu su içirir və qidasına xəlvətcə qabartma tozu qatır. Bu zaman turistdə dağ xəstəliyinin (hipoksiya) əlamətləri üzə çıxır.
Bələdçi bu halda qabaqcadan əlbir olduğu helikopteri çağırır və turist xəstəxanaya yerləşdirilir.
Bir helikopterdə bəzən 10 nəfər daşınsa da, hər adam üçün ayrıca uçuş rəsmiləşdirilir.
Tibb müəssisəsində isə həkimlər mövcud olmayan xəstəliyi “müalicə edirlər”.
Təhqiqat zamanı məlum olub ki, 2022-2025-ci illərdə 300-dən çox oxşar saxtakarlıq nəticəsində sığorta şirkətlərinə 20 milyon dollardan çox ziyan dəyib.
Bəzi “diribaş” turistlər və tərcüməçilər də fırıldaqçı sxemdə şüurlu surətdə iştirak ediblər.
Polis məsələ ilə bağlı 32 nəfərə ittiham irəli sürüb. Onlardan 9 nəfəri həbs edilib, qalanları isə axtarılır.
Azərbaycandan da Himalay zonasına turist kimi gedənlər kifayət qədərdir. Belə bir fırıldaqla üzləşməmək üçün son dərəcə ehtiyatlı olmaq lazımdır.
Vüqar
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












