Bələdiyyə sədri hər kəsin gözü qarşısında drift etdi – VİDEO
Türkiyənin Sivas şəhərində Şəhid Cengiz Topel adına Pilotsuz Uçuş Aparatları (PUA) üçün nəzərdə tutulan uçuş-enmə zolağı və drift sahəsi istifadəyə verilib. Açılış mərasimi maraqlı görüntülərlə yadda qalıb.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən Sivas Bələdiyyə Başçısı Adem Uzun, sözügedən drift sahəsinin seçki vədi olaraq reallaşdırıldığını bildirib. O, driftin yalnız səs-küydən ibarət olmadığını, bunun həm də cəsarət, texniki bilik və modifikasiya tələb edən bir idman növü olduğunu vurğulayıb:
"Drift artıq küçələrdə deyil, bu ərazidə ediləcək. Bu ərazi drift həvəskarları üçün tamamilə pulsuz olaraq istifadəyə verilib. Ölkənin müxtəlif bölgələrindən drift həvəskarları Sivasa toplaşıb", – deyə başçı qeyd edib.
Çıxışdan sonra Adem Uzun tədbir iştirakçıları üçün Ferrari markalı avtomobildə drift nümayiş etdirib. Onun drift anları qeydə alınıb və sosial şəbəkələrdə maraqla qarşılanıb.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












