Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR

Hər il böyük bayramlarda (Novruz, Ramazan, Yeni il) Bakı metropoliteni retro qatarları nümayiş etdirir. Ekspozisiya yeri dəyişməzdir: İçərişəhər stansiyasının istifadədə olmayan yolu.
Bəli, metropolitenin bu addımı təqdirəlayiqdir. Amma işin başqa tərəfi də var.
Retro qatarların nümayişi hər dəfə ciddi marağa səbəb olur. Şəxsən özüm qatarların hər ekspozisiyasına baş çəkmişəm və hər dəfə də artan marağın şahidi olmuşam. Elə sonuncu dəfə də bir hadisənin şahidi oldum: çox adam məhz qatarlara tamaşa etmək üçün metroya düşürdü. Bu da marağın göstəricisidir. Belə bir sual da ortaya çıxır: nə vaxtsa stansiyanın ikinci yolu daimi istismara verilsə retro qatarlar harada nümayiş etdiriləcək?
Belə bir ekspozisiyanın müvəqqəti deyil, daimi olması yerinə düşər. Bunun üçün də Bakı metropoliteninin muzeyi olmalıdır. Belə bir muzey Bakı şəhərinin haqqıdır. İndi kiməsə qəribə gələ bilər. Lakin Bakıda metro istismara veriləndə Şərq xalqlarının başbilənləri hələ də yerin altı ilə getməyin haram olub-olmaması ilə bağlı mükalimələr yürüdür, fətva verirdilər.
Buna görə də, belə bir ekspozisiya daimi olsa bir çox cəhətdən faydalı olar: əvvəla, belə bir muzeyin mövcudluğu yeni iş yerlərinin olması deməkdir. İkinci, belə bir muzeyin turistlərin də marağına səbəb olacağı şübhəsizdir. Nəhayət, belə bir müəssisənin mövcudluğu həm də metrpolitenə əlavə gəlir mənbəyi ola bilər.
Vüqar Yaşaroğlu



Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












