Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) münaqişə zonaları üzərindən keçən mülki təyyarələrin daha yaxşı müdafiəsinə çağırıb.
Avtosfer.az xəbər verir ki, müraciət rəsmi Kiyevin Rusiya səmasının təhlükəsiz olmaması ilə bağlı rəsmi xəbərdarlığından sonra edilib. ICAO dünyanın 193 dövlətini, o cümlədən Azərbaycanı birləşdirir.
Təşkilat Rusiya və Ukraynanın adlarını çəkməsə də, bəyanatı dünyada artan risklərlə izah edib. Qeyd olunub ki, mülki laynerlər çarpaz atəşə məruz qala bilər. Təyyarələr üçün əsas risk uzaqmənzilli silahlar, dronlar və radioelektron mübarizə vasitələridir.
Bəyanatdan bir neçə saat əvvəl Ukrayna XİN təşkilata Rusiya səmasının təhlkəsiz olmadığı barədə rəsmi bildiriş göndərib. Rusiya isə Kiyevin bəyanatının hüquqi qüvvəsi olmadığını bəyan edib.
Qeyd edək ki, son 2 gündə Rusiyadan xaricə uçuşlarda ciddi gecikmələr müşahidə olunur. Rusiya səmasındakı vəziyyət AZAL-ın reyslərinə də təsirsiz ötüşmür.
Vüqar
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












