Bir fotoya görə dünyaca məşhur brend BOYKOT EDİLDİ

ABŞ-nin məşhur moda brendi “Ralph Lauren”in rəsmi “Instagram” səhifəsində israilli aktrisa Qal Qadotun fotolarını paylaşması sosial şəbəkələrdə etirazlara səbəb olub.
Avtosfer.az xəbər verir ki, International "Business Times" nəşrinin məlumatına görə, sentyabrın 9-da yayımlanan paylaşımın ardından istifadəçilər brendi boykot etməyə çağırıblar.
Fotolar “The Jaffa Hotel”də fotoqraf Tal Abadi tərəfindən çəkilib. “Möcüzə qadın” obrazı ilə tanınan Qal Qadot “Ralph Lauren”in 2026-cı ilin payız kolleksiyasından qızılı rəngli libas və ayaqqabıda kamera qarşısına keçib.

Brend paylaşımın açıqlamasında “Aktrisa Qal Qadot “Modern Luxury” jurnalının üz qabığında parlayır” ifadəsini işlədib.
Paylaşım 16,7 milyondan çox izləyicisi olan brendin səhifəsində kəskin reaksiyalara səbəb olub. İstifadəçilərin bir qismi şirkətin məhsullarından imtina etməyə çağırıb və “Əlvida, Ralph Lauren”, “Sionistlər olmasın” və “Böyük məyusluq” kimi şərhlər yazıb.
Bununla yanaşı, bəzi istifadəçilər brendi müdafiə edərək boykot çağırışlarını istehza ilə qarşılayıblar. Onlar şirkətin təsisçisi Ralph Laureni xatırladıblar.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda anadan olan Ralph Laurenin əsl soyadı Lifşits olub. O, Şərqi Avropadan ABŞ-a köçmüş yəhudi mühacir ailəsində dünyaya gəlib. Gələcək dizayner 16 yaşında soyadını Loren olaraq dəyişib.
“Ralph Lauren” şirkətinin rəhbərliyi sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












