Bu avtomobildə mühərriki işə salma açarı sol tərəfdədir: Tarixi səbəb - FOTO

“Porsche” sükanına keçəndə diqqət çəkən ilk məqamlardan biri mühərriki işə salma açarının əksər avtomobillərdən fərqli olaraq sağda deyil, solda yerləşməsidir. Kiçik görünən bu detalın arxasında isə uzun illərin yarış tarixi, sürət və strategiya dayanır.
Avtosfer.az xəbər verir ki, bu xüsusiyyətin kökləri 1920-ci illərin ortalarına, məşhur “Le Mans” yarışına gedib çıxır. 1925-ci ildən etibarən bu yarışlar start zamanı fərqli formatda keçirilirdi. Avtomobillər tras boyu düzüldükdən sonra sürücülər maşınlarına çatmaq üçün qaçır, yerinə əyləşir, mühərriki işə salır və yarışa başlayırdılar. Ənənəvi sağ tərəfdə yerləşən alışdırma açarı ilə bu proses mərhələli şəkildə görülürdü.
“Porsche” mühəndisləri isə ağıllı həll tapdılar. Açarı sol tərəfə keçirdilər. Bu, sürücülərə sol əllə açarı döndərərək mühərriki işə salmağa, eyni anda sol ayaqla muftaya basmağa və sağ əllə ötürücüyü işə salmağa imkan verirdi. Beləliklə, bir neçə saniyə qazanılırdı ki, bu da uzun və çətin “Le Mans” yarışı üçün mühüm üstünlük idi.

Hərçənd yarış formatı artıq dəyişib və bu üsul praktik üstünlük yaratmır, “Porsche” həmin detalı qorumağa davam edir. Bu, artıq performansdan çox markanın kimliyini, ənənəyə sadiqliyini və dizayn fəlsəfəsini əks etdirən bir elementdir.
“Porsche” qurulduğu gündən idman avtomobillərinə fokuslanıb və avtoidmanda böyük uğurlara imza atıb. Brend 16 dəfə “Le Mans” qələbəsi qazanıb. Soldan alışdırma kimi kiçik görünən, amma mənalı bir detal isə hələ də “Porsche” ruhunun simvolu olaraq qalır.

Eltac Züflüqaroğlu
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO












