Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?

“Honda” bəzi kompakt modellərində yanacaq çənini ön oturacağın altına yerləşdirərək salonun daha geniş olmasına və döşəmənin hündürlüyünün azaldılmasına nail olub.
Avtosfer.az xəbər verir ki, şirkətin bu mühəndislik həlli arxa oturacaqda əyləşən sərnişinlər üçün ayaq və diz məsafəsinin artırılmasına imkan verir. Bu yanaşma “Honda”nın “Man-Maximum, Machine-Minimum” fəlsəfəsinə uyğun olaraq, kiçik ölçülü avtomobillərdə daha geniş və funksional salon yaratmaq məqsədi daşıyır.
Yanacaq çəninin ön hissəyə keçirilməsi arxa oturacaqların altında əlavə boşluq yaradıb. Bu isə “Honda”nın “Magic Seat” sistemini inkişaf etdirməsinə imkan verib. Sistemdə arxa oturacaqları həm qatlamaq, həm də yuxarı qaldırmaq mümkündür. Nəticədə iri əşyaların daşınması asanlaşır, baqaj hissəsində isə geniş və alçaq yükləmə sahəsi yaranır.
Bu dizayn yanaşmasından “Honda Jazz”, “Fit”, “Mobilio” və N seriyası modellərində istifadə olunur.
Maraqlı məqam ondan ibarətdir ki, avtomobilin yanacaq qapağının arxa hissədə yerləşməsi çənin də arxada olduğu anlamına gəlmir. Yanacaq doldurma xətti avtomobilin yan hissəsindən çənə qədər uzanır.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir













