Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” ABŞ-də sükan sistemində nasazlıq riski səbəbindən 208 mindən çox avtomobili geri çağırmaq qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına əsasən, geri çağırma 2018–2021-ci il istehsalı olan müəyyən avtomobil modellərinə şamil edilir.
Məlumata görə, ümumilikdə 208 724 avtomobil geri çağırılacaq.
Açıqlamada bildirilib ki, avtomobillərin sükan mexanizminin bərkidilmə boltunda yaranan problem idarəetmənin itirilməsinə səbəb ola bilər. Bu isə qəza riskini artıra bilər.
Geri çağırma kampaniyasına 2018-ci il istehsalı olan “Tiguan”, 2018–2019-cu il istehsalı “Atlas” və 2019–2021-ci illərə aid “Audi Q3” modellərinin müəyyən avtomobilləri daxildir.
“Volkswagen”in rəsmi dilerləri geri çağırılan avtomobillərin sağ tərəfdə yerləşən sükan mexanizminin montaj boltunu ödənişsiz şəkildə dəyişdirəcək.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












