Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA

Avtomatik sürətlər qutusu olan bir çox avtomobildə sürücülərin funksiyasını tam bilmədiyi “O/D” düyməsi mühüm işə yarayır. “Overdrive” sistemi sürətlər qutusunun ən yüksək pillədən istifadə edib-etməməsini müəyyənləşdirir.
Avtosfer.az xəbər verir ki, O/D sistemi aktiv olduqda avtomobil uyğun sürət və yük şəraitində ən yüksək ötürməyə keçir. Bu zaman mühərrik daha aşağı dövrlə işləyir ki, xüsusilə uzun yolda yanacaq sərfiyyatının və mühərrik səsinin azalmasına kömək edə bilər.
Sistem deaktiv edildikdə sürətlər qutusunun ən yüksək pilləyə keçməsi məhdudlaşdırılır və mühərrik eyni sürətdə daha yüksək dövrlə işləyir. Bu funksiya xüsusilə dik enişlərdə mühərrik əyləcindən daha çox istifadə etmək, həmçinin ağır yük və ya qoşqu ilə hərəkət zamanı sürətlər qutusunun tez-tez pillə dəyişməsinin qarşısını almaq üçün tətbiq oluna bilər.
Paneldə “O/D OFF” işığının yanması isə funksiyanın söndürüldüyünü göstərir. Düyməyə yenidən basmaqla sistem aktivləşdirilə bilər.
Qeyd olunur ki, yeni nəsil avtomobillərdə ayrıca O/D düyməsinə daha az rast gəlinir. Müasir avtomobillərdə sürətlər qutusu uyğun pilləni sürət, mühərrik yükü, qaz pedalı və digər göstəricilərə əsasən elektron şəkildə özü seçir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












