Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO

Polşada dairəvi yollarla bağlı iki yol nişanının səhv salınması sürücülərə baha başa gələ bilər. Xarici görünüşcə bir-birinə bənzəsə də, A-8 və C-12 nişanları fərqli yol hərəkəti qaydalarını tənzimləyir və onların tələblərinin pozulması ciddi cərimələrlə nəticələnir.
Avtosfer.az xəbər verir ki, Polşada dairəvi yolların sayı çox olduğundan, xüsusilə əcnəbi sürücülər bu nişanların mənasını düzgün bilməlidirlər. Əks halda digər hərəkət iştirakçılarına yol verməmək və ya nişanların tələblərinə əməl etməmək inzibati məsuliyyət yaradır.

Sarı fonlu üçbucaq formalı A-8 xəbərdarlıq nişanı qarşıda dairəvi yolun olduğunu bildirir. Bu nişan sürücüləri sürəti azaltmağa, yol şəraitini qiymətləndirməyə və ehtiyatlı olmağa çağırır. Nişanın tələblərini pozan sürücülər 1000 Polşa zlotisi (təxminən 450 manat) məbləğində cərimə və 6 cərimə balı ilə cəzalandırıla bilərlər.
Mavi fonda ağ oxlarla təsvir olunan C-12 məcburi göstəriş nişanı isə dairəvi yolda hərəkətin istiqamətini müəyyən edir və sürücülərin həmin kəsişmədə dairəvi hərəkət qaydalarına riayət etməsini tələb edir. Bu nişanın tələblərini pozan sürücülər üçün 250 Polşa zlotisi (təxminən 110 manat) məbləğində cərimə və 5 cərimə balı nəzərdə tutulub.
Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində dairəvi yollar nəqliyyat axınının tənzimlənməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması baxımından geniş tətbiq olunur. Bu səbəbdən belə kəsişmələrdə quraşdırılan nişanların düzgün başa düşülməsi həm təhlükəsizlik, həm də cərimələrdən yayınmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB












