Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO

Bakının Məhəmməd Naxçıvani küçəsinin piyadalaşdırılması ərazidə daşınmaz əmlakın qiymətinə də təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev bildirib ki, şəhərin mərkəzində yerləşən və “6 paralel” kimi tanınan Məhəmməd Naxçıvani küçəsi hazırda kifayət qədər canlı ərazi olsa da, burada piyada infrastrukturu ciddi problemlərlə üzləşir.
Ekspertin sözlərinə görə, küçədə çoxsaylı kafe, restoran, mağaza və supermarketlər fəaliyyət göstərir. Buna baxmayaraq, səkilərin vəziyyəti qənaətbəxş deyil, bir sıra ərazilərdə pilləkən və pandus problemi mövcuddur, səki daşları yararsız vəziyyətdədir. Həmçinin asfalt örtüyünün bəzi hissələrində problemlər müşahidə olunur və avtomobillərin nizamsız park edilməsi piyada hərəkətini çətinləşdirir.
Anar Əliyev qeyd edib ki, Məhəmməd Naxçıvani küçəsinin piyadalaşdırılması ilə bağlı artıq müvafiq planlar mövcuddur. İlin əvvəlində dövlət proqramı ilə bağlı keçirilən müşavirədə də küçənin piyadalaşdırılması məsələsi gündəmə gətirilib və layihə üzrə müəyyən qərarlar qəbul edilib.
Ekspert daha əvvəl Əsgər Bağı küçəsində aparılan yenilənmə işlərini nümunə göstərərək bildirib ki, Naxçıvani küçəsinin də səkilərinin bərpa olunması, abadlaşdırılması və piyadalar üçün daha təhlükəsiz mühitin yaradılması ərazinin cəlbediciliyini əhəmiyyətli dərəcədə artıra bilər.
“Burada evlərin qiyməti qalxacaq. Çünki bu küçə yaxın zamanda bu cür dəyişəcək. Naxçıvani küçəsinin potensialı daha böyükdür. Küçə piyadalaşsa və gözəlləşsə, təbii ki, burada daşınmaz əmlakın da qiyməti arta bilər”, - deyə Anar Əliyev vurğulayıb.
Ekspert hesab edir ki, ərazidə bəzi binaların memarlıq baxımından xaotik görünməsinə baxmayaraq, düzgün şəhərsalma və piyada infrastrukturu Naxçıvani küçəsinin Bakının daha cəlbedici mərkəzi məkanlarından birinə çevrilməsinə imkan verə bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












