Bu nazirin 5 müavini eyni universiteti bitirib - FOTO

Azərbaycanın Xaici İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər arasında 5 nəfər eyni universiteti bitirib. Söhbət ölkənin ən qədim təhsil ocağı olan Bakı Dövlət Universitetindən gedir.
Avtosfer.az xəbər verir ki, nazirin ən stajlı müavini olan Mahmud Məmməd-Quliyev 1972-ci ildə indi Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitiib. 77 yaşlı diplomat 1996-2001-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İsveç və Norveç Krallıqlarında və Danimarka Krallığındakı Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri olub. O, 1993-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində işləyir.
Fotoda: Mahmud Məmməd-Quliyev

Ceyhun Bayramovun digər müavini Araz Əzimov da bu qədim təhsil ocağının məzunudur. O, 1978-1984-cü illərdə sözügedən ali təhsil müəssisəsində oxuyub. İxtisasca şərqşünasdır.
Araz Əzimov 1994-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışır.
Fotoda: Araz Əzimov

Nazir müavini Samir Şərifov da BDU-nun məzunudur. O, 1993-1997-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə həmin ixtisas üzrə magistr və 2000-2003-cü illərdə aspirantura pilləsi üzrə təhsil alıb.
Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
Fotoda: Samir Şərifov

Ölkənin ən perspektivli diplomatlarından sayılan Elnur Məmmədovun da yolu BDU-dan keçib. Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
2023-cü ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elnur Məmmədova “fövqəladə və səlahiyyətli səfir” ali diplomatik rütbəsi verilib.
Fotoda: Elnur Məmmədov

Nazirin ən gənc müavini olan Yalçın Rəfiyev də Bakı Dövlət Universitetində təhsil alıb. Gənc diplomat 2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinin “beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Yalçın Rəfiyev Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub./metbuat.az
Fotoda: Yalçın Rəfiyev

"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu










