Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir

Çinin elektrikli nəqliyyat sahəsindəki aparıcı şirkətlərindən biri olan “BYD” Braziliya bazarında mövqeyini daha da gücləndirib. Şirkət hazırda ölkədə istismar olunan elektrik avtobuslarının təxminən yarısına sahib olmaqla bu seqmentdə liderliyini qoruyur.
Avtosfer.az xəbər verir ki, Braziliya Avtomobil Distribütorları Federasiyasının (Fenabrave) məlumatına görə, 2026-cı ilin may ayına olan göstəricilərə əsasən, “BYD” ölkənin elektrik avtobus bazarının təxminən 45 faizini nəzarətində saxlayır. Beləliklə, Braziliyada satılan hər iki elektrik avtobusundan biri məhz bu şirkətin istehsalı olub.
Məlumata əsasən, təkcə may ayında “BYD” tərəfindən 132 elektrik avtobusu satılıb ki, bu da şirkətin ölkədə indiyədək qeydə alınan ən yüksək aylıq satış göstəricisi hesab olunur.
Statistikaya görə, cari ilin ilk beş ayında Braziliyada ümumilikdə 311 elektrik avtobusu qeydiyyata alınıb. Mütəxəssislər hesab edirlər ki, bu göstərici ölkədə ictimai nəqliyyatın elektrikləşdirilməsi prosesinin artıq sınaq mərhələsini geridə qoyaraq kommersiya miqyasına keçdiyini göstərir.
Bununla belə, elektrik avtobuslarının ölkə üzrə yayılması hələ də bərabər səviyyədə deyil. Hazırda Braziliyada istismar olunan elektrik avtobuslarının təxminən 80 faizi San-Paulu şəhərinin payına düşür. Şəhər rəhbərliyi karbon emissiyalarının azaldılması istiqamətində sərt ekoloji tələblər tətbiq etdiyindən, elektrikli nəqliyyatın inkişafı burada daha sürətlə gedir.
Hazırda San-Pauluda 1300-ə yaxın elektrik avtobusu sərnişin daşımalarında istifadə olunur. Digər ştatlarda keçid prosesi daha ləng templə davam etsə də, analitiklər “BYD”nin yaxın illərdə də Braziliya bazarında əsas oyunçulardan biri olaraq qalacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, son illər Çin istehsalçılarının elektrikli minik avtomobilləri və ictimai nəqliyyat vasitələri bazarında artan nüfuzu bir sıra ölkələrdə rəqabət mühitini dəyişdirib. “BYD” isə bu sahədə ən sürətlə böyüyən şirkətlərdən biri hesab olunur.
Eltac Zülfüqaroğlu
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












