Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO

Cənubi Koreyada piyada hərəkətini daha nizamlı və rahat etmək məqsədilə yeni bir sistem tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, məlumatı “İnsanoid” səhifəsi paylaşıb.
Yeniliyə əsasən, səkilər funksional baxımdan iki hissəyə bölünür. Bir tərəf daha sürətli hərəkət edən piyadalar üçün nəzərdə tutulur, digər tərəfdə isə yaşlılar, uşaqlı ailələr, turistlər və ümumilikdə daha yavaş tempdə hərəkət edən şəxslər üçün xüsusi zona yaradılır. Bu bölgü vasitəsilə piyadaların bir-birinə mane olmadan hərəkət etməsi hədəflənir.

Hazırda sistem əsasən vağzallarda və insan sıxlığının yüksək olduğu küçə və ictimai məkanlarda sınaq mərhələsində tətbiq edilir. Yerli qurumlar layihənin nəticələrini müşahidə edərək onun daha geniş ərazilərdə tətbiqi barədə qərar verməyi planlaşdırır.
Layihənin əsas məqsədi sıxlıq olan ərazilərdə piyadaların hərəkəti zamanı yaranan toqquşma və gözləmələri minimuma endirmək, gediş-gəlişi daha axıcı və nizamlı təşkil etmək, eyni zamanda bütün kateqoriyadan olan piyadalar üçün daha rahat və təhlükəsiz hərəkət mühiti yaratmaqdır.
Mütəxəssislərin fikrincə, bu cür bölgü xüsusilə metro stansiyaları, ticarət mərkəzləri və şəhər mərkəzlərində piyadaların hərəkət səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












