Bu ölkədə yeni sürücülərə güclü mühərrikli avtomobillər qadağan ediləcək – RƏSMİ

Belçikada yeni sürücülər üçün güclü mühərrikli avtomobillərə məhdudiyyət tətbiq oluna bilər
Belçikada yeni sürücülərin yüksək mühərrik gücünə malik avtomobilləri müəyyən müddət idarə etməsinin qadağan olunması müzakirə edilir.
Avtosfer.az xəbər verir ki, Belçikanın federal nəqliyyat naziri Jan-Lük Kruk (Jean-Luc Crucke) bildirib ki, bu istiqamətdə Fransa və İtaliyada tətbiq olunan qaydalar öyrənilir və oxşar sistemin Belçikada da tətbiqi nəzərdən keçirilir.
Fransada bu ilin iyul ayında qəbul edilən qanuna əsasən, yeni sürücülərə üç il müddətində yüksək performanslı avtomobilləri idarə etmək qadağan edilib. İtaliyada isə analoji məhdudiyyət artıq bir müddətdir qüvvədədir.
Belçikanın Vias Yol Təhlükəsizliyi İnstitutunun məlumatına görə, 18–24 yaşlı sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin cəmi 3 faizində mühərrik gücü 200 at qüvvəsindən çox olan avtomobillər iştirak edib. Müqayisə üçün qeyd olunur ki, ümumi sürücülər arasında bu göstərici 6 faiz təşkil edir. Bu isə gənc sürücülərin törətdiyi qəzaların əksəriyyətinin yüksək performanslı avtomobillərlə bağlı olmadığını göstərir.
Belçika Avtomobil Birliyi (VAB) isə hesab edir ki, qadağalardan daha effektiv yol müasir texnoloji həllərin tətbiqidir.
Qurumun sözçüsü Gert Verhoeven bildirib ki, bəzi avtomobillərdə istifadəçi profilinə uyğun proqramlaşdırılan açarlar mövcuddur. Məsələn, "Volvo" markalı avtomobillərdə təqdim edilən ikinci açar vasitəsilə maksimal sürət məhdudlaşdırıla bilir.
Bundan əlavə, VAB motosiklet sürücüləri üçün tətbiq olunan mərhələli sürücülük vəsiqəsi sisteminə bənzər modelin avtomobil sürücüləri üçün də tətbiqini təklif edir.
Qurum nümayəndələri qeyd edirlər ki, yüksək performanslı avtomobillər üçün sığorta haqlarının daha yüksək olması da gənc sürücülər üçün təbii məhdudlaşdırıcı amillərdən biri hesab olunur. Bu səbəbdən, onların fikrincə, yalnız qadağalara deyil, həm də texnoloji və mərhələli nəzarət mexanizmlərinə üstünlük verilməsi daha səmərəli nəticə verə bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












