Bu ölkənin paytaxtında bir nəfər də olsa insan yaşamır - FOTO

Dünyanın əksər ölkələrində paytaxt şəhərlər böyük və əhalisi sıx məskunlaşmış olur. Yalnız bir ölkə var ki, burada vəziyyət tam əksinədir.
Avtosfer.az Ölkə.az-a istinadla xəbər verir ki, söhbət Karib dənizindəki kiçik Montserrat adasından (Böyük Britaniyanın dəniz ərazilərindən biri) gedir.
Xəritəni açıb baxsanız, paytaxtın Plimut olduğunu görəcəksiniz. Amma bu şəhərə getməyə çalışsanız, özünüzü nəhəng bir kül yığınının və bağlı yolların ortasında tapacaqsınız.
Plimut dünyada əhalisi olmayan, lakin rəsmi paytaxtı olan yeganə şəhərdir.
1995-ci ilə qədər Plimut Karib dənizinin ən rəngarəng və canlı liman şəhərlərindən biri olub. Lakin minilliklər boyu hərəkətsiz qalan “Soufrière Hills” vulkanı birdən oyanması və aylarla davam edən püskürmələr nəticəsində şəhər metrlərlə külün altında qalıb.
Belə demək mümkünsə, lava küçələri "udub" və yalnız binaların damlarını görünür.
Şəhərin hələ də niyə rəsmi olaraq paytaxt olması isə doğurur. Ada administrasiyası müvəqqəti olaraq şimaldakı Brades (Breyds)şəhərinə köçürülüb, lakin Plimutun "rəsmi paytaxt" statusu heç vaxt dəyişdirilməyib. Kağız üzərində Montserratın ürəyi hələ də o küllərin altında döyünür. Nə hökumət binaları, nə qubernatorluq ofisi, nə də insanlar var; amma rəsmi ünvan hələ də oradadır.
Plimut indi "qadağan olunmuş zona" adlanır. Vulkan hələ də aktiv olduğu üçün şəhərə girmək üçün xüsusi icazə tələb olunur. İçəri girməyi bacaranlar qorxunc bir mənzərə ilə qarşılaşırlar. Şəhərdə gəzərkən masalarda qalan qəhvə fincanları, kitabxana rəflərindəki tozlu kitablar və vulkan külündən çıxan küçə işıqları ilə qarşılaşmaq mümkündür. Şəhərin 80%-i tamamilə yerin altındadır. Orada insanların gördükləri binaların ikinci mərtəbəsidir.
Montserrat hökuməti bu faciəni maarifləndirmə məkanına çevirib. Bu gün dünyanın hər yerindən macəraçılar bu "kabus paytaxtını" sahildən qayıqla və ya uzaqdan şəxsi turlarla görməyə gəlirlər. Plimut insan sivilizasiyasının təbiətin gücü qarşısında nə qədər kövrək olduğunun ən konkret sübutudur.



Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












