Cərimədən qorxan sürücüdən qəribə addım; siqareti görün hara atırmış – VİDEO

Avtomobil ustasının servis mərkəzində çəkdiyi görüntülər sürücülərin bəzən nəqliyyat vasitələrinə qarşı nə qədər laqeyd yanaşdıqlarını bir daha nümayiş etdirib.
Avtosfer.az xəbər verir ki, texniki xidmət üçün ustaya gətirilən avtomobillərdən birinin mühərrik hissəsinə baxış zamanı maraqlı və eyni zamanda təhlükəli mənzərə ilə qarşılaşılıb. Avtomobilin ön şüşəsinin altında, şüşə silən mexanizminin yerləşdiyi hissədə çoxlu sayda siqaret kötüyünün toplandığı aşkarlanıb.
Ustanın lentə aldığı görüntülərdə həmin sahənin sürücü tərəfindən uzun müddət ərzində sanki külqabı kimi istifadə edildiyi görünür. Bu cür davranış ciddi təhlükə mənbəyidir və müəyyən hallarda avtomobildə yanğın riskini artıra bilər
Qeyd olunur ki, həmin hissədə quru yarpaqların, tozun, müxtəlif tullantıların və digər tez alışan materialların toplanması mümkündür. Yaxşı sönməmiş siqaret kötüyünün bu əraziyə atılması isə arzuolunmaz nəticələrə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, avtomobilin texniki vəziyyətinə yalnız mühərrik, əyləc və ya asqı sistemləri baxımından deyil, ümumi təmizlik və qulluq baxımından da diqqət yetirilməlidir. Xüsusilə mühərrik bölməsinin və su axın kanallarının mütəmadi təmizlənməsi həm təhlükəsizlik, həm də avtomobilin uzunömürlü olması baxımından vacibdir.
Görüntülərdə diqqət çəkən digər məqam isə mühərrik yağının vəziyyəti olub. Ustanın sözlərinə görə, yağın həddindən artıq qaralması avtomobilin intensiv və aqressiv istismar olunduğunu, eyni zamanda texniki qulluq intervallarına lazımi səviyyədə əməl edilmədiyini göstərə bilər.
Mütəxəssislər sürücülərə mühərrik yağını vaxtında dəyişməyi, avtomobilin texniki baxış və servis xidmətlərini gecikdirməməyi, eləcə də siqaret kötüklərini avtomobilin müxtəlif hissələrinə atmaq kimi təhlükəli vərdişlərdən uzaq durmağı tövsiyə edirlər.
Onların fikrincə, bu cür hallar sadəcə texniki nasazlıq məsələsi deyil, həm də sürücü məsuliyyətinin və avtomobilə münasibətin göstəricisidir. Sürücülərin həm öz təhlükəsizlikləri, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə nəqliyyat vasitələrinə daha diqqətli yanaşmaları vacib hesab olunur.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












