Çilingər hörümçək sayəsində 56 milyon uddu

Rusiyanın Vladimir vilayətindən olan çilingər lotereyada 56 milyon rubldan çox pul udub. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə “Stoloto” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Hər şey və ya heç nə” dövlət lotereyasının 171453-cü tirajında 56 117 477 rubl məbləğində super mükafat oynanılıb. Qalib Vladimir vilayətindən olan Yevgeni adlı çilingər olub. Lotereyanın qaydalarına əsasən, super mükafatı udmaq üçün 24 rəqəmdən 12-ni düzgün tapmaq və ya heç bir rəqəmi tapmamaq lazımdır. Yevgeni biletdəki rəqəmlərdən heç birini düzgün tapmayıb və nəticədə böyük mükafata sahib olub. Qalibin sözlərinə görə, böyük uduşdan bir gecə əvvəl yuxusunda lotereyada qalib gəldiyini görüb. Səhər isə hamamda böyük hörümçəyə rast gəlib. Xalq inancına görə, evdə böyük hörümçək görmək pul əlaməti sayılır. Yevgeni də məhz bu “işarələrdən” ruhlanaraq həmin gün bir neçə lotereya bileti alıb. “Stoloto”dan bildirilib ki, Yevgeni axşam daha bir bilet alıb və məhz sonuncu bilet ona super mükafatı qazandırıb.
Qeyd edək ki, aprelin 13-də də Rusiyada “Hər şey və ya heç nə” lotereyasında oxşar hal baş vermişdi. Moskva sakini Roman T. biletdə heç bir rəqəmi düzgün tapmayaraq 33 milyon rubldan çox pul udmuşdu.
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI












