Çin avtomobili sərhədi keçən kimi özünü blokladı – Maraqlı HADİSƏ

Çin istehsalı olan elektromobilin xaricə çıxarıldıqdan sonra funksiyalarının bloklanması maraqlı müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Çin vətəndaşı Liu 73 500 ABŞ dollarına(təxminən 124 950 manat) aldığı "Zeekr" markalı elektromobillə Avropa səyahətinə çıxıb. O, Qazaxıstan sərhədini keçdikdən dərhal sonra avtomobilin bir sıra funksiyalarının avtomatik məhdudlaşdırıldığını bildirib.
Məlumata görə, avtomobilin naviqasiya sistemi, multimedia ekranı, əlcək qutusu (bardaçok) və elektron yanacaq qapağı təxminən 30 saat ərzində bloklanıb.
"Zeekr" şirkəti hadisəyə münasibət bildirərək qeyd edib ki, tətbiq olunan məhdudiyyət daxili GPS təhlükəsizlik sistemi vasitəsilə həyata keçirilib. Bildirilib ki, məqsəd rəsmi xarici distribyutorların maraqlarını qorumaq, avtomobillərin qara bazar vasitəsilə qanunsuz ixracının və kontrabandanın qarşısını almaqdır.
Şirkət vurğulayıb ki, təhlükəsizlik səbəbindən yalnız bəzi əlavə funksiyalar məhdudlaşdırılıb, mühərrik, əyləc sistemi və digər əsas idarəetmə mexanizmləri isə bloklanmayıb. Bu səbəbdən sürücü avtomobili təhlükəsiz şəkildə idarə etməyə davam edə bilib.
Bununla yanaşı, elektron yanacaq qapağının açılması üçün fövqəladə çıxış üsulu da təqdim edilib. Belə ki, sürücüyə qəza işıqları düyməsini beş saniyə basılı saxlamaq tövsiyə olunub.
Məlumata görə, Liu səyahətinin tam qanuni olduğunu və avtomobili leqal şəkildə ölkədən çıxardığını rəsmi sənədlərlə sübut etdikdən sonra "Zeekr" tərəfindən tətbiq edilən məhdudiyyət ləğv olunub.
Hadisə avtomobillərdə məsafədən idarə olunan proqram təminatının imkanları və istehsalçıların regionlara görə tətbiq etdiyi məhdudiyyətlər barədə yeni müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












