Çin şirkəti avtomobildə unitaz sistemini patentləşdirib - RƏSMİ
Avtomobil sənayesində diqqətçəkən və mübahisəli yeniliklərdən biri təqdim olunub.
Avtosfer.az xəbər verir ki, Çinli istehsalçı “Seres” avtomobil salonunda gizli unitaz sistemi ilə bağlı patent alıb.
Məlumata görə, 10 aprel 2026-cı ildə təqdim edilən bu konsept oturacağın altına yerləşdirilmiş xüsusi mexanizmə əsaslanır. Sistem dəmir yolu prinsipi ilə işləyir və ehtiyac olduqda çəkməcə kimi irəli çıxarılır, istifadə edilmədikdə isə tam şəkildə gizlədilir.
Bildirilir ki, bu həll xüsusilə məhdud daxili sahəyə malik elektrikli nəqliyyat vasitələrində yer qənaəti məqsədilə hazırlanıb. Şirkət bu texnologiya ilə avtomobildə komfort anlayışını yeni səviyyəyə qaldırmağı hədəfləyir.
Ekspertlərin fikrincə, oxşar ideyalar daha əvvəl də səsləndirilsə də, “Seres”in təqdim etdiyi sistem inteqrasiya baxımından daha funksional hesab olunur. Bununla belə, layihənin kütləvi istehsala keçməsi üçün bir sıra ciddi texniki problemlərin həlli tələb olunur.
Belə ki, çirkab sularının idarə olunması, drenaj sisteminin qurulması, qoxunun qarşısının alınması və kabin gigiyenasının qorunması əsas mühəndislik çətinlikləri kimi göstərilir. Bununla yanaşı, istifadəçilərin avtomobil daxilində belə bir funksiyaya psixoloji baxımdan necə yanaşacağı da sual doğurur.
Mütəxəssislər hesab edir ki, bu tip yeniliklər geniş yayılmaqdan daha çox əlavə opsiya kimi təqdim oluna bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












