Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?

Çində dar məkanlarda daşınma və yükün yerləşdirilməsi prosesini asanlaşdırmaq məqsədilə qatlanan yükdaşıma vasitələri hazırlanır. Bu texnologiyalar nəqliyyat vasitələrinin istifadə edilmədiyi vaxt daha az yer tutmasına, yükdaşıma imkanlarının isə ehtiyaca uyğun dəyişdirilməsinə şərait yaradır.
Avtosfer.az xəbər verir ki, Çində qatlanan yükdaşıma vasitələrinə dair bir sıra patentlər qeydə alınıb.
Onlardan biri 2025-ci ildə müraciəti verilən və 2026-cı ilin martında təsdiqlənən qatlanan elektrik yük vasitəsinin dizaynıdır. Patent sənədində onun yük daşımaq üçün nəzərdə tutulmuş qatlanan elektrikli vasitə olduğu qeyd edilir.
Bundan başqa, Çində üçtəkərli yük maşınının yük bölməsinin qatlanıb-açılmasına imkan verən konstruksiya da patentləşdirilib. Bu sistemdə yük platformasının yan hissələri hərəkət etdirilərək vasitənin tutduğu sahəni azaltmaq və istifadə zamanı yenidən açmaq mümkündür. Belə texnologiyalar xüsusilə anbarlarda, dar küçələrdə və məhdud sahələrdə yükdaşıma işlərinin təşkilinə kömək edə bilər.
Qeyd edək ki, patentin mövcudluğu texnologiyanın artıq kütləvi istehsala buraxıldığı və ya geniş istifadəyə verildiyi demək deyil. Hazırda bu nümunələrin konkret hansı miqyasda istehsal edildiyi barədə əlavə təsdiqlənmiş məlumat yoxdur.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












