Dəmir yolunda bu fasilə niyə vacibdir? – Səbəb AÇIQLANDI

Dəmir yolu infrastrukturunda təmir, tikinti və yenidənqurma işlərinin təhlükəsiz aparılması üçün qatarların hərəkətinin müəyyən müddətə dayandırılması tələb olunur. Bu zaman tətbiq edilən fasilə “texnoloji pəncərə” adlanır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev “texnoloji pəncərə”nin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Ekspert bildirib ki, bu müddət ərzində dəmir yolunun müəyyən hissəsində, zərurət yarandıqda isə stansiyalarda qatarların hərəkəti müvəqqəti dayandırılır. Əvəzində rels maşınları, kranlar, ballast və digər xüsusi texnikalar xəttə çıxarılaraq təmir və tikinti işləri həyata keçirir.
Rauf Ağamirzəyev qeyd edib ki, “texnoloji pəncərə”lər əvvəlcədən dəqiq planlaşdırılır. Çünki işlərin müəyyən edilmiş vaxtdan gec başa çatması digər qatarların hərəkət cədvəlinə də təsir göstərə bilər. Qısamüddətli “pəncərə”lər adətən 2–6 saat davam edir və lokal təmir işləri üçün nəzərdə tutulur. Daha genişmiqyaslı işlər zamanı isə 24 saat və daha çox davam edən uzunmüddətli və ya “dərin pəncərə” tətbiq edilə bilər.
“Texnoloji pəncərəni sadəcə qatar hərəkətində fasilə kimi qəbul etmək düzgün deyil. Bu, dəmir yolu infrastrukturunun təhlükəsiz və fasiləsiz istismarı üçün əvvəlcədən planlaşdırılan iş vaxtıdır”, – deyə ekspert vurğulayıb.
Eltac Züflüqaroğlu
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO










