Dünyanın ən gözəl adı seçildi

Böyük Britaniyada aparılan araşdırma nəticəsində “Sofia” adı dünyanın ən gözəl səslənən adı müəyyən olunub. Avtosfer.az sfera.az-a istinadən xəbər verir ki, dilçilərin fikrincə, bu ad həm mənası, həm də fonetik ahəngi ilə digər adlardan fərqlənir. Belə ki, “University of Birmingham” alimləri tərəfindən aparılan araşdırmada müxtəlif dillərdə işlədilən adların tələffüzü və insanların onlara verdiyi emosional reaksiyalar analiz edilib. Araşdırmanın nəticələrinə görə, “Sofia” adı yumşaq samitlərin və ahəngdar saitlərin uyğunluğu sayəsində qulağa ən xoş gələn ad kimi ən yüksək balı toplayıb.
Dilçilər bildirirlər ki, adın axıcı və melodik səslənməsi insan beynində müsbət assosiasiyalar yaradır və bu xüsusiyyət onun müxtəlif mədəniyyətlərdə populyarlaşmasına səbəb olur. Hazırda ad müxtəlif ölkələrdə “Sofia”, “Sophie” və “Sofie” kimi variantlarda istifadə olunur. Buna baxmayaraq, adın fonetik cazibəsi və asan tələffüzü demək olar ki, bütün dillərdə qorunub saxlanılır.
Qeyd olunur ki, ad qədim yunan dilindəki “sophía” sözündən yaranıb və “müdriklik” mənasını verir. Tarix boyu bu ad Qədim Yunanıstandan başlayaraq Roma imperiyası dövründə, daha sonra isə Slavyan ölkələri və Qərbi Avropada geniş yayılıb.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












