Dünyanın ilk “Pokemon” dizaynlı hava limanı açılır - FOTO

Yaponiyada dünyanın ilk “Pokemon” dizaynlı hava limanı fəaliyyətə başlayacaq.
Avtosfer.az xəbər verir ki, “Noto Satoyama” hava limanı iyulun 7-dən etibarən “Noto Satoyama Pokemon With You Airport” adı ilə yenidən fəaliyyət göstərəcək.
Tokiodakı Haneda Beynəlxalq Hava Limanına daxili uçuşlar həyata keçirən hava limanı tamamilə “Pokemon” üslubunda dizayn edilib.
Hava limanının dörd mərtəbəsində “Pokemon” personajları ilə bağlı dekorasiyalar, divar rəsmləri və xüsusi dizayn elementləri yerləşdirilib. Atriumda “Pikaçu” heykəli quraşdırılıb, müxtəlif sütun və məlumat lövhələri isə məşhur oyun seriyasının qəhrəmanları ilə bəzədilib.
Layihənin əsas məqsədlərindən biri 2024-cü ildə Noto yarımadasında baş verən güclü zəlzələdən zərər çəkən uşaqlara və bölgə sakinlərinə mənəvi dəstək verməkdir. Yerli hakimiyyət orqanları hava limanının həm turistləri cəlb edəcəyini, həm də bölgəyə müsbət atmosfer qazandıracağını düşünür.
Hava limanında fəaliyyət göstərəcək restoranlarda “Pokemon” üslublu blinçik və içkilər təqdim olunacaq. Bundan əlavə, sərnişinlər xüsusi suvenirlər, geyimlər və aksesuarlar əldə edə biləcəklər.
Xüsusi dizaynın 30 sentyabr 2029-cu ilə qədər qorunacağı açıqlanıb.



Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












